İndoneziyadakı zəlzələ onlarla can aldı

İndoneziyada zəlzələ zamanı ölənlərin sayı 56-ya çatıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli “Kompas” qəzeti məlumat yayıb.

Nəşrin xəbərinə görə, yaralıların sayı 700 nəfərdən çoxdur. Onların əksəriyyətinin vəziyyəti ağırdır.

100-dən çox şəxs itkin düşmüş hesab edilir.