İndoneziyada zəlzələdə ölənlərin sayı 160-ı ötdü

İndoneziyada baş vermiş 5,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 162 nəfərə çatıb .

Globalinfo.az xəbər verir ki, ölənlərin əksəriyyəti uşaqlardır. Daha əvvəl  56 nəfərin öldüyü bildirilirdi .

Zəlzələnin episentri paytaxt Cakartadan 74 km cənub-şərqdə yerləşib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, mənbə 5 km dərinlikdə baş verib.

İndoneziya Sakit okean hövzəsində qırılma xətləri səbəbindən tez-tez zəlzələlər, vulkan püskürmələri və sunamilərlə qarşılaşır. 2004-cü ildə baş verən güclü zəlzələ və sunami təxminən 230.000 insanın həyatına son qoydu.