İndoneziyada Dukono vulkanının püskürməsi nəticəsində 2 alpinist həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Detik” portalı məlumat yayıb.
Bildirilib ki, onlar Çin və Sinqapur vətəndaşlarıdır.
Vulkanın yaxınlığında 20-yə yaxın insan qalıb.
Xilasetmə xidmətləri ərazidə əməliyyat həyata keçirir.(“Report”)