
İndoneziya sahillərində 7,4 maqnitudalı zəlzələ nəticəsində bir nəfər ölüb.
Globalinfo.az xəbər verir ki, bu barədə İndoneziya KİV-ləri məlumat yayıb.
Sunaminin hündürlüyü 75 santimetrə çatıb.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ Ternatedən təxminən 126 kilometr qərb-şimal-qərb istiqamətində, 35 km dərinlikdə baş verib.
Daha əvvəl ABŞ-nin sunami xəbərdarlığı sistemi sunami dalğalarının Yaponiya, Malayziya, Filippin və digər yaxın ölkələrin sahillərinə çata biləcəyi barədə xəbərdarlıq etmişdi.
***08:26
İndoneziyanın Ternate ətrafında 7,4 bal gücündə güclü zəlzələ qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, zəlzələdən dərhal sonra Maluku adalarını əhatə edən ərazi üçün sunami təhlükəsi ilə bağlı xəbərdarlıq verilib.
Məlumata görə, təkan yerin təxminən 10 kilometr dərinliyində meydana gəlib.
Mütəxəssislər ehtimal edir ki, yaranan sunami dalğaları İndoneziya ilə yanaşı Filippin və Malayziya sahillərinə də çata bilər.
Safura Bənnayeva
Globalinfo.az