İki yolumuz var: ya düşməni yaxına buraxmalı, ya da… – Mirzoyan

“Qafqaz zəif insanlar üçün yer deyil. Burada zəiflik nümayiş etdirib sağ qalmaq mümkünsüzdür”.

Globalinfo.az xəbər verir ki, bunu erməni keşiş Aram Mirzoyan deyib.

“Əlimizi büküb oturmaq alternativ deyil. Xüsusən də düşmənin (Azərbaycanı nəzərdə tutur – red.) öz istəklərini açıq şəkildə dilə gətirdiyi bir vaxtda bunu etməməliyik. İndiki vəziyyətdə iki yol var: ya düşməni yaxına buraxmalı, ya da məsafə saxlamalıyıq. Qafqazda gücsüz olmaq və sağ qalmağa ümid etmək mümkün deyil”, – Mirzoyan vurğulayıb.

Qeyd edək ki, son vaxtlar erməni siyasətçiləri və din xadimləri guya Azərbaycanın Ermənistanı hədəfə alması, onu sıxışdırması haqda rəy yaratmağa çalışırlar. Amma rəsmi Bakı hər zaman mövqeyinin sülhdən yana olduğunu bəyan edib. 2020-ci ilin 1 dekabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində Ermənistana rəsmi çağırış etdi və düşmənçiliyi kənara qoyaraq normal qonşuluq prinsipləri əsasında sonrakı dövrə başlamaq lazım olduğunu vurğuladı.

Əliyar Xəlil
Globalinfo.az