İnanılmaz hadisə: yuxuda özünə güllələyən kişi həbs olundu

İllinoys ştatında qeyri-adi hadisə baş verib.

Globalinfo.az xarici mətbuata istinadən xəbər verir ki, 62 yaşlı Mark Dikara yuxuda olarkən özünü güllələyib.

Belə ki, yuxuda quldurların hücumuna məruz qaldığına görə şəxs öz ayağına atəş açıb.

Hadisə yerinə gələn polis onu ilk öncə tibb müəssisəsinə aparıb.

Daha sonra polis tərəfindən aparılan araşdırma nəticəsində onun yuxida olarkən özünü güllələdiyi məlum olub.

İstintaq nəticəsində Mark Dikar odlu silahdan istifadə etməkdə ittiham olunub. Lakin bu bədbəxt adamın üzləşdiyi tək ittiham bu olmayıb. O, qanunsuz silah saxlamaqda da ittiham edilib.

Məhkəmə işi davam etsə də, o, 150 min dollar ödəməklə azadlığa buraxılıb.

Gülay