İmtahandan qorxan qız sirkə içdi

Moskvada 7-ci sinif şagirdi sirkə içərək xəstəxanaya yerləşdirilib.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, səhər ana qızını məktəbə göndərirmiş. Amma qız həmin gün keçiriləcək imtahandan qorxub. O, mətbəxdən bir şüşə sirkə götürərək qapının evin girişin bir qurtum içib.

Məktəbli qız özünü bu qədər pis hiss edəcəyini gözləməyib. Evə qayıdaraq hər şeyi anasına danışıb və təcili yardım çağırıb.

Qız xəstəxanaya yerləşdirilib, anası isə valideynlik öhdəliklərini yerinə yetirmədiyinə görə cərimələnib.