İmran Xanın daha bir naziri həbs edildi

Pakistan müxalifətinin liderlərindən biri, sərhədyanı regionlar üzrə sabiq dövlət naziri, narkotiklərə nəzarət üzrə keçmiş nazir Şəhriyar Xan Afridi İslamabadda saxlanılıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.

Məlumata görə, Təhriki-İnsaf Partiyasının liderlərindən biri Xan Afridi keçmiş baş nazir İmran Xanın saxlanılmasından sonra mayın 9-da başlayan kütləvi aksiyaları dəstəkləməkdə ittiham olunur.

Pəncab ştatında da daha bir müxalif siyasətçi Feyzul-Həsən Çoxan saxlanılıb.

Pakistan müdafiə naziri Xavac Məhəmməd Asif bildirib ki, hökumətin Təhriki-İnsaf Partiyasını bağlamaq niyyəti yoxdur, amma aksiyalar zamanı qanunu pozanlara qarşı tədbirlər görüləcək.