İmran Xanın avtomobili pakistanlı jurnalisti vurdu

Pakistanda Sədəf Naim adlı jurnalist ölkənin keçmiş Baş naziri İmran Xanın içərisində olduğu avtomobilin altında qalaraq həlak olub. 

Globalinfo.az bildirir ki, “Qafqazinfo” xəbərinə görə, bu barədə məlumatı “The Express Tribune” qəzeti yayıb.

Məlumata görə, insident Sadhok şəhərində baş verib. Sədəf Naim İmran Xanın tərəfdarlarının yürüşünü işıqlandırarkən kütlə qadın jurnalisti itələyib. Nəticədə o, İmran Xanın da içərisində olduğu nəqliyyat vasitəsinin altına yıxılaraq həlak olub.

Bunun ardınca yürüş dayandırılıb. İmran Xan isə öz növbəsində qadın jurnalistin ölümü ilə bağlı başsağlığı verib.