İmran Xana yenidən ittiham irəli sürüldü

Pakistan məhkəməsi keçmiş Baş nazir İmran Xan və sabiq xarici işlər naziri Şah Mahmud Qureyşini dövlət sirlərini açıqladıqları üçün barələrində təkrar ittiham irəli sürüb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə “The News International” qəzeti məlumat yayıb.

Qeyd ediib ki, ittihamlar Ravalpindi şəhərindəki Adiala həbsxanasında dövlət sirri haqqında qanunun pozulması ilə bağlı xüsusi məhkəmənin açıq iclasında elan edilib.

Bildirilib ki, təqsirləndirilən şəxslər təqsirlərini etiraf etməyiblər.