imran

Pakistanın həbsdə olan keçmiş baş naziri İmran Xan sağ gözünün görmə qabiliyyətinin 85 faizini itirib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İmran Xanın vəkili Pakistanın Ali Məhkəməsində çıxışı zamanı məlumat verib.

O bildirib ki, bu vəziyyət onsuz da ciddi hüquqi və siyasi təzyiqlərlə üzləşən 73 yaşlı siyasətçi üçün əlavə çətinlik yaradıb.

Qeyd edək ki, İmran Xan 2023-cü ilin avqustundan həbsdədir. O, korrupsiya ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Paylaş: