İmişlinin qalmaqallı axundu işdən çıxarıldı – FOTO

 

Ramazan bayramında qalmaqallı məsələ ilə gündəmə gələn İmişli şəhər Cümə məscidinin axundu Hacı Adıgözəl Bəşirov vəzifəsindən azad edilib.

Bu barədə Globalinfo.az-a rayon sakinləri məlumat verib.

Məsələni dəqiqləşdirmək üçün əməkdaşımız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sorğu ünvanlayıb.

Dini Komitə xəbəri təsdiqləyib:

“Bəli, İmişli şəhəri Cümə məscidinin axundu Adıgözəl Bəşirov öz ərizəsi ilə imam vəzifəsindən azad olunub”.

Xatırladaq ki, aprel ayının 21-də İmişli rayon sakinləri Hacı Adıgözəl Bəşirovun Ramazan bayramını qeyd etmədiyini və buna görə də bayram namazı qılmadığını bildirmişdilər. Bundan sonra rayonda inanclılar arasında çaşqınlıq yaranmışdı və axund ciddi şəkildə ictimai qınağa məruz qalmışdı.

 

Zaira Akifqızı
Globalinfo.az