İmişlidə pirotexniki vasitələri satan şəxs saxlanıldı

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Globalinfo.aza verilən məlumata görə, tədbirlərlə pirotexniki vasitələrin satışını təşkil edən 1 nəfər müəyyən edilib.

Həmin şəxsdən müxtəlif növ partlayıcı və tezalışan maddələr aşkar olunaraq götürülüb, o, məsuliyyətə cəlb edilib.

Araşdırmalar aparılır.