İmişli məktəbində faciə: iki yeniyetmə öldü – YENİLƏNİB

TƏBİB İmişli şəhərində iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, bu gün saat 15:10 radələrində elektrik cərəyanı vurması səbəbilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.

2010 və 2014-cü il təvəllüdlü iki nəfərin (kişi cinsli) hadisə yerində ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, Amid Seyran oğlu İsbərovu və Farid Vahid oğlu Məmmədovu elektrik cərəyanı vuraraq öldürüb.

***16:45

İmişlidə bədbəxt hadisə baş verib. İki yeniyetmə – 2010-cu il təvəllüdlü İsbərov Amid Seyran oğlunu və 2010-cu il təvəllüdlü Məmmədov Farid Vahid oğlunu cərəyan vurması nəticəsində ölüb.

Globalinfo.az xəbər verir ki, hadisə günorta saatlarında İmişli şəhəri 5 saylı orta məktəbin ərazisində qeydə alınıb. Məktəbin həyətində yerləşən birmərtəbəli binanın üstünə çıxarkən onları elektrik cərəyanı vurub.

Faktla bağlı araşdırma aparılır.