İmamoğlunun qolundakı saatın qiyməti şok etdi: 2 milyon…

ekrem saat

İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) başqanı Əkrəm İmamoğlunun saxlanılmadan öncə çəkdiyi video başına bəla olub. Görüntülərdə İmamoğlunun qolundakı saat görənlərin diqqətini çəkib.

Saatla bağlı sosial şəbəkənin Türkiyə və Azərbaycan seqmentində müzakirələr başlayıb. Belə ki, izləyicilər saatın 2 milyon TL (təxmini 90 min manat) olduğunu iddia edir. Bir qism Ə.İmamoğlunu bahalı aksesuar taxdığı üçün qınayır. Səbəb kimi isə dürüstlükdən danışan merin bu cür bahalı saatı maaşla ala bilməməsi qeyd olunur. İzləyicilərin fikrincə, burada rüşvət və korrupsiya faktoru var. Digər qism də bildirir ki, Əkrəm İmamoğlu atadan, babadan zəngin bir şəxsdir, vəzifəyə gəlmədən əvvəl sərvəti olub. Onun şirkətlərə sahib olduğu deyilir. Ona görə də bahalı saat taxması təbii hal sayılır. Ümumi rəy isə bundan ibarətdir ki, o, hətta vəzifəyə gəlmədən əvvəl var-dövlətə sahib olsa belə, dövlət məmuru, bələdiyyə sədri bu cür göstərişlərə yol verməməli, təvazökar həyatı ilə digərlərinə örnək olmalıdır. Konkret olaraq Ə.İmamoğlunun fantastik qiymətə olan saat taxması onun fəaliyyətinə mənfi çalar gətirir, həbs edilməsinə müəyyən dərəcədə haqq qazandıran bir faktora çevrilir.

Azərbaycanın məşhur “Qanun naminə” filmində Qaloş obrazının dediyi kimi: “Biz o qədər pak, təmiz adam deyilik. Saat da dil açıb adamlara çox şeylər danışa bilər”…

Globalinfo.az xəbər verir ki, Əkrəm İmamoğlunun qolundakı saat “IWC” markalı “Portugieser Perpetual Calendar”a məxsusdur.

Həmin saatın qiyməti isə 2 milyon türk lirəsi civarındadır (89 min 500 manat).

Xatırladaq ki, İstanbul Baş Prokurorluğu tərəfindən Əkrəm İmamoğlu və 99 şübhəli barəsində “Cinayət təşkilatının lideri və ya üzvü olmaq”, “Qəsbkarlıq”, “Rüşvətxorluq”, “Məqsədli fırıldaqçılıq”, “Şəxsi məlumatların qanunsuz olaraq əldə edilməsi” və “Tender saxtakarlığı” maddələri üzrə başladılan istintaq davam edir.

Bir qol saatı və bunu deyən yazı "Icon D0 IWC SCHAFFHAUSEN HAUSEN SAT -31 3 DAY S5 A +25 い 1 1 S SUN ትንን የባጣናክ sunl UR TUe HI GH 女商 GEM OV DEC OCT e S 9 ng ፎ 1. 2025 Ee MAR AV Kny ไกท นทท wnr እህዮ No 5 Virtual Try-On IW503302 Portugieser Perpetual Calendar TRY 1,824,000" şəkili ola bilər

Zaira Akifqızı
Globalinfo.az