
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) həbs edilən sədri Əkrəm İmamoğlunun saxlandığı səhər yaydığı video ilə bağlı bəzi detallar ortaya çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Dilek İmamoğlu ilk dəfə danışıb.
“Həmin anlarda duyğularımızı boğmalı, həqiqəti və reallığı ictimaiyyətlı bölüşməli idik. Bu, bizim məsuliyyətimizdir. Videonu da mən çəkmişəm. Yeganə məqsədim Əkrəmin başına gələnlərlə bağlı paylaşımına kömək etmək idi”, – deyə o bildirib.
Qeyd edək ki, Əkrəm İmamoğlu terror və korrupsiya araşdırmaları çərçivəsində martın 19-da səhər saatlarında saxlanılıb.
Əliyar Xəlil
Globalinfo.az