İmamoğlunun dindirilməsinə başlanıldı: Yeni həbslər olacaq

hebs

İstanbul Böyükşəhər Bələdiyyəsini (İBB) hədəf alan korrupsiya və terror araşdırmalarında saxlanılan 87 şübhəlinin dindirilməsi prosesi davam edir.

Globalinfo.az xəbər verir ki, Türkiyə mediasında yayılan iddialara görə, etiraflar da olacaq.

Belə ki, saxlanılan bəzi şəxslərin bu barədə tələbləri olub və prokurorluğa bildiriblər.

Etiraflardan sonra yeni həbs qərarlarının veriləcəyi və istintaqda fərqli istiqamətlərin üzə çıxacağı vurğulanıb.

Əliyar Xəlil
Globalinfo.az