imamoglu

Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu ilə bağlı cinayət işinin yeni detalları məlum olub.

Globalinfo.az xəbər verir ki, Türkiyə mediası ittiham aktında İmamoğlunun 4 ilə qədər həbsinin tələb edildiyini yazıb.

Bundan başqa, onun siyasi fəaliyyətinin qadağan olunmasının da aktda yer aldığı vurğulanır.

Qeyd edək ki, Ə.İmamoğlu bir neçə gün əvvəl televiziya proqramında iştirak edərkən İstanbul baş prokuroru Akın Gürlek və ailəsinə qarşı səsləndirdiyi ifadələrə görə “hədə” və “terrorizmlə mübarizə aparan şəxsləri hədəf göstərmə” ittihamları ilə üzləşib. Bununla yanaşı, o, məhkəmə ekspertinə təzyiq göstərmək cəhdində ittiham edilir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: