Akşener “Altılı masa”ya geri döndü

Türkiyədəki müxalif İYİ Partiyanın sədri Meral Akşener “Altılı masa”ya qayıdıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İYİ Partiyanın sözçüsü Kürşad Zorlu bildirib.

“Sədrimiz “Millət İttifaqı”nın toplantısına qatılmaq qərarını verib”, – o vurğulayıb.

***
15:24

Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş İYİ Partiyasının sədri Meral Akşenerlə görüşüb.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Habertürk” telenkanalı məlumat yayıb.

Görüş İYİ Partiyanın qərargahında baş tutub.

Qeyd edək ki, “Altılı masa” adlandırılan siyasi blok vahid namizəd mövzusunda razılıq əldə edə bilməyib və İYİ partiyası blokdan çıxdığını açıqlayıb. Akşener CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə razı olmayıb və o, İstanbul və Ankara şəhərindən birinin merinin namizədliyini irəli sürüb.