İmamoğlu ilə xanımı Azərbaycan mahnısı oxudular – VİDEO

Türkiyənin İstanbul şəhərində tanınmış opera müğənnisi Murat Karahanın konserti keçirilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Harbiye Cemil Topuzlu Açıkhava Teatrında baş tutan konsertdə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu həyat yoldaşı ilə birgə iştirak edib.

Müğənni konsert ərzində bir neçə Azərbaycan mahnısı da ifa edib. “Sənə də qalmaz”, “Nazəndə sevgilim, yadıma düşdün” mahnılarını bütün zal, o cümlədən, Ə.İmamoğlu və xanımı da müğənni ilə bərabər ifa ediblər.