İlyas İsmayılovun vəziyyəti açıqlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Mərkəzi Klinikadan bildirilib:
“İlyas İsmayılovun Mərkəzi Klinikanın stasionar şöbəsində müalicəsi davam edir. Vəziyyəti ağır stabil olaraq qalır”.
Qeyd edək ki, sabiq baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılov bir aya yaxındır Mərkəzi Klinikada müalicə alır.
O, 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.