İlon Mask “Tesla” nümayəndələri ilə birlikdə narkotik qəbul edib?

ABŞ-nin elektrik avtomobili istehsalçısı “Tesla”nın idarə heyətinin bəzi keçmiş və indiki üzvləri şirkətin baş direktoru İlon Maskla birlikdə narkotik vasitələrdən istifadə edirdilər. 

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, onlar milyarderi əsəbiləşdirməkdən və “sosial kapitallarını” itirməkdən qorxublar.

Bildirilir ki, Maska məxsus “Tesla” və “SpaceX” şirkətlərinin bəzi hazırkı və keçmiş direktorları iş adamının narkotikdən istifadə etdiyini bilsələr də, bu məsələ ilə bağlı məhkəməyə müraciət etməyiblər.

“Tesla”nın direktorlar şurası Maskın narkotik istifadəsi ilə bağlı araşdırma aparmayıb və məsələ ilə bağlı narahatlıqlarını protokolda qeyd etməyib.