İlon Mask milyardlarla dollar itirdi – Səbəb

Amerikalı sahibkar, “Tesla”, “SpeysX” və “Tvitter” şirkətlərinin rəhbəri İlon Mask bir həftə ərzində 14,5 milyard dollar itirib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Forbes” yazır.

Hazırda Maskın sərvətini hazırda 187,9 milyard dollar qiymətləndirir.

Qeyd edilir ki, onun kapitalı investorların “Tesla”nın gəlirlərinin gözləniləndən az olacağından ehtiyatlanması səbəbindən azalıb.

Belə ki, “Tesla” səhmləri həftə ərzində 10,8% ucuzlaşıb. Buna səbəb kimi onun elektromobillərinin çoxunun anbarlarda qalması göstərilir.