İlon Mask bir gündə fantastik məbləğ itirdi

Son bir gündə dünyanın ən varlı adamlarının siyahısında 2-ci sırada olan İlon Maskın ümumi sərvəti  7,92 milyard dollar azalıb.

Globalinfo.az Yeniavaz.com-a istinadən xəbər verir ki, hazırda “Tesla” və “SpaceX”in qurucusu, həmçinin “Twitter” sosial şəbəkəsinin sahibi olan İlon Maskın ümumi sərvəti 183 milyard dollar təşkil edir.

Onu da bildirək ki, son bir gündə zərər edən milyarderlər arasında Azərbaycan əsilli rusiyalı milyarder Vahid Ələkbərov da var. Vahid Ələkbərovun sərvəti bir gün ərzində 155 milyon dollar azalaraq 17 milyard dollara düşüb.