“Nərmin işi” haqda sensasion detal: Pıçıltı ilə deyib ki…

“İlkin Süleymanovun etiraf videosunu yayıblar. Məhz indi yayılması təsadüf deyil. Gördülər ki, cəmiyyətdə böyük əksəriyyət hökmün ədalətsiz, onun təqsirsiz olduğunu düşünür. İnsanların fikrinə təsir göstərmək üçün…”

Globalinfo.az xəbər verir ki, bu sözləri juranlist Aytən Məmmədova deyib.

O, həmin videonun məhkəmə prosesində də müzakirə olunduğunu bildirib:

“İlkin deyirdi ki, hadisə yerinə aparılanda işgəncədən ayağıma ayaqqabı olmurdu, ona görə başmaq geyindirdilər. Həqiqətən də, videodan görünür, yanvar ayında adamın əynində gödəkçə, ayağında isə başmaq var.

Prokurorluq sənədlərdə İlkinin yanvarın 10-da tutulduğunu rəsmiləşdirib. Amma məhkəmədə sübut olundu ki, adamı ayın 6-dan tutublar, 4 gün polis şöbəsində onların nəzarətində olub. Hər halda 4 gün İlkini polis şöbəsində qonaq saxlamamışdılar, özünün dediyi kimi, işgəncə altında olmuşdu…

Yanvarın 8-də onların evində axtarış aparılıb, protokol var, iş üçün əhəmiyyətli heç nə tapılmayıb…

Vəkillər məhkəmədə müstəntiqin yönləndirməsi, “demişdim ki, cinsi əlaqə olmayacaq” pıçıltısı, videoçəkiliş zamanı prokurorluğun başqa bir vəzifəlisinin müdaxiləsi və bu kimi bir çox məsələləri qaldırmışdılar…”

A.Məmmədova İlkinlə bağlı məsələni “Tərtər işi”nə bənzədib:

“Və nəhayət, etirafa qalanda, Tərtər hadisələrində də insanlar işgəncə altında nəinki qətl hadisəsini, hətta əsgərləri aparıb, təcavüzə məruz qoydurduqlarını boyunlarına almağa məcbur olmuşdular. Nə oldu? 5 il 6 ay sonra bəraət almadılarmı?

Başqa bir misal, heç bir ay deyil ki, Ali Məhkəmə qətldə ittiham olunan və ortada etirafı olan başqa bir kişinin işi üzrə qərarı ləğv edib, təkrar araşdırma üçün apelyasiya məhkəməsinə qaytarıb. Adam 3 il yarımdır həbsdədir…”

Zaira Akifqızı
Globalinfo.az