İlkin Süleymanovun apellyasiya məhkəməsində yeni sədr

İlkin Süleymanovun apellyasiya məhkəməsinə yeni sədr təyin edilib, növbəti prosesin vaxtı məlum olub.

Globalinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində keçiriləcək prosesə Rafiq Cəfərov sədrlik edəcək.

Digər hakimlər isə Əlzamin Abdullayev və Salman Hüseynov olacaq.

Növbəti məhkəmə mayın 22-nə təyin olunub.

Qeyd edək ki, məhkəmə prosesi bir müddət idi öncəki hakim Teyyub Muxtarovun təyinatı ilə bağlı təxirə salınmışdı.