İlk yaşanır: Moskvanın son ümidi Kiyevi seçdi

Bolqarıstan Ukraynaya ilk dəfə hərbi yardım edəcək.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Röyter” agentliyi yayıb.

Kiyevə ilk növbədə yüngül silahların veriləcəyi vurğulanıb. Bununla belə, Sofiyada Kiyevə zenit raket kompleksləri və təyyarələrin göndərilməsinə qarşı çıxıblar.

Qeyd edək ki, Bolqarıstan Rusiyanın təsirinin hələ də çox olduğu Avropa ölkələrindəndir. Xüsusilə elita arasında bu şəxslərin çoxluğu Moskvaya bir sıra hallarda rahatlıqla Sofiyaya təsir imkanları yaradır.

İlkin
Globalinfo.az