İlin ən məşhur sözü ilk dəfə tviterdə işlədilib – Sorğunun nəticəsi açıqlandı

Oksford lüğəti ​​2022-ci ilin məşhur ifadəsini müəyyən edib.

Globalinfo.az xarici mətbuata istinadən xəbər verir ki,  “goblin mode” (qoblin rejimi) ifadəsini ilin sözü seçib.

“Goblin rejimi” ifadəsi sosial norma və gözləntiləri rədd edən, tənbəllik, səliqəsizlik və xəsisliklə xarakterizə olunan son dərəcə eqoist davranış mənasını verir.

Qeyd edilib ki, bu dəfə səsvermə akademiklər arasında deyil, internet istifadəçiləri arasında keçirilib.

Bu ifadə ilk dəfə 2009-cu ildə tviterdə işlədilib. İfadədən koronavirus pandemiyası dövründə bəzi dövlətlərin siyasətlərini izah etmək üçün istifadə olunub.

Oksford Universitetinin nəşriyyat departamentinin nümayəndələri bildiriblər ki, ilin sözü son 12 ayın ruhunu, əhval-ruhiyyəsini və ya narahatlığını əks etdirir və bu, potensial olaraq uzunmüddətli mədəni əhəmiyyətə malik ola bilər.