İlham Əliyevin çıxışında iki məqam – Bu məsələlər həll edildi

“Xankəndi, Xocalı və Xocavənd məsələsi həll edildi”.

Globalinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.

O bildirib ki, antiterror tədbirlərinin nəticəsindən sonra İlham Əliyevin çıxışı da bunu təsdiq edir:

“- Antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib;

– Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çeviririk, eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Əsgəranda, Xocavənddə yaradacağıq.

Bu iki mesaj hər şeyi ifadə edir”.

A.Nərimanlı qeyd edib ki, İlham Əliyevin çıxışında iki məqam da diqqət çəkdi:

“Birincisi, 18:00 radələrindən Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin tərki-silah edilməsi prosesi başlanıb;

İkincisi, separatçıların iki yolu var: “əski parçasını da сibinə qoyub, çıxmalıdır Qarabağdan”; çıxmayanlar həbs olunacaqlar;

Bundan sonra erməni əhalisinin reinteqrasiyası prosesi başlanır”.

Ayşən Mustafa 

Globalinfo.az