İlham Əliyevə təbriklər davam edir…

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi seçkilərdə qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud dövlətimizin başçısına səmimi təbriklərini çatdırıb, ona uğurlar, Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıb.

XXX

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı parlaq qələbə münasibətilə təbrik edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA xəbər agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Kral Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə səmimi təbriklərini ifadə edərək uğurlar, Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıb.

XXX

Keniya Respublikasının Prezidenti Uillyam Samoei Ruto Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

Globalinfo.az xəbər verir ki, Keniya Prezidenti bununla bağlı X sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ürək dolusu təbriklərimi çatdırıram. Sizin inamlı qələbəniz uzun illər ərzində Azərbaycan xalqının məharətinizə və liderliyinizə inamını bir daha təsdiqlədi. 2004-cü ildən bəri diplomatik münasibətlərimizin əsası qoyulduqdan sonra uzun illər ərzində Keniya və Azərbaycan arasında güclü, davamlı, səmimi və dostluq münasibətlərindən məmnunluğumu bildirirəm. Biz diplomatik münasibətlərimizin 20-ci ilini qeyd edərkən razılaşdırılmış prioritetlər çərçivəsində ikitərəfli əlaqələrimizi daha da gücləndirmək və onları qarşılıqlı maraq doğuran yeni sahələrə də genişləndirmək üçün mükəmməl fürsətimiz olduğunu məmnunluqla bildirirəm.

Fürsətdən istifadə edərək əminliyimi bildirmək istəyirəm ki, Sizin rəhbərliyinizlə biz ticarət, investisiyalar, enerji, iqlim dəyişikliyi və turizm kimi müxtəlif sahələrdə əmərəli tərəfdaşlıq imkanlarını tədqiq edəcəyik.

Zati-aliləri, mənim və Keniya xalqının ən yüksək ehtiramını qəbul edin”, – paylaşımda qeyd olunub.

XXX

Omanın Sultanı Heytəm bin Tariq Al Səid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Oman İnformasiya Agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Omanın Sultanı Azərbaycan Prezidentinə səmimi təbriklərini və ən xoş arzularını çatdırıb, ona möhkəm cansağlığı diləyib.

Heytəm bin Tariq Al Səid Prezident İlham Əliyevə dost Azərbaycan xalqını tərəqqi və firavanlığa aparan yolda uğurlar arzulayıb, iki ölkə arasında dostluq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.

XXX

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti Canni İnfantino Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri, hörmətli Prezident.

Bütün futbol ictimaiyyəti adından yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi arzularımı qəbul etməyinizi xahiş edirəm. Bu, ölkənizin Sizin liderliyinizə olan etimadının göstəricisidir.

Azərbaycanın sabitliyinə və iqtisadi inkişafına olan sadiqliyiniz, liderlik məharətiniz və şəxsi keyfiyyətləriniz son illərdə ölkənizi irəliyə doğru aparmaqda çox mühüm rol oynayıb. Şübhə etmirəm ki, yeni Prezidentlik dövrünüzdə Siz ölkənizin sabit inkişafına və tərəqqisinə mühüm töhfələr verməkdə davam edəcəksiniz.

Mən, həmçinin ölkənizdə futbolun inkişaf etdirilməsi və onun dəyərlərinin təşviqi istiqamətindəki bütün səylərinizə görə Sizə və hökumətinizə təşəkkürümü bildirmək istəyirəm. Sizin səyləriniz mədəni və ictimai maneələrin aradan qaldırılmasında futbolun əhəmiyyətini, eləcə də onun bütün sərhədləri aşan və inklüzivliyi qəbul edən bir idman növü olduğunu nümayiş etdirir.

Sizə yeni mandatınız dövründə fəaliyyətinizdə uğurlar və tükənməz enerji arzu edirəm. Cənab Prezident, tezliklə yenidən görüşüb Sizi şəxsən təbrik etməyi səbirsizliklə gözləyirəm”.

XXX

Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Maqomedsalam Maqomedov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan xalqının geniş dəstəyi respublikanın firavanlığı və inkişafı istiqamətində həyata keçirdiyiniz kursun uğurlu olduğunu sübut edir.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və müvəffəqiyyətlər, bütün Azərbaycan xalqına isə sülh, rifah və əmin-amanlıq arzu edirəm”.

XXX

Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Maqomedsalam Maqomedov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan xalqının geniş dəstəyi respublikanın firavanlığı və inkişafı istiqamətində həyata keçirdiyiniz kursun uğurlu olduğunu sübut edir.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və müvəffəqiyyətlər, bütün Azərbaycan xalqına isə sülh, rifah və əmin-amanlıq arzu edirəm”.

X X X

Rusiyanın “SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi təbrik edirəm.

Azərbaycan vətəndaşları xalqın əsl lideri, ölkənin sabit inkişafını təmin etməyə, onun suverenliyini qoruyub saxlamağa, dünyanın geosiyasi arenasında respublikanın mövqelərini möhkəmləndirməyə qadir olan güclü müdrik siyasi xadim kimi növbəti dəfə Sizi dəstəklədilər.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və səadət, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram”.

X X X

Qafqaz mənşəli Dağ Yəhudilərinin Ümumisrail Birliyinin sədri, Dağ yəhudilərinin parlament lobbisinin baş direktoru, xarici işlər nazirinin Qafqaz mənşəli yəhudilər üzrə müşaviri Pavel Yelizarov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Globalinfo.az bildirir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Qafqaz mənşəli Dağ Yəhudilərinin Ümumisrail Birliyinin adından Sizə və bütün Azərbaycan xalqına seçkilərdə qələbəniz münasibətilə səmimi təbriklərimizi çatdırıram.

Azərbaycan ilə İsrail arasında əməkdaşlıq inkişaf edir və möhkəmlənir. Bu istiqamət atanız, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib, Siz isə bu yolu uğurla davam etdirərək, Azərbaycanın İsraildə səfirliyini açaraq münasibətləri daha da möhkəmləndirdiniz. Bütün yəhudilər, xüsusən dağ yəhudiləri sevincli və kədərli vaxtlarda həmişə azərbaycanlılar üçün qardaş xalq olublar.

Prezident seçkilərində Azərbaycan xalqının seçimi bizi çox sevindirir. Mütləq əksəriyyət növbəti dəfə sübut etdi ki, Sizə tam etimad göstərir. Onlar müəyyənləşdirilmiş yolun gələcəkdə də davam edəcəyinə inanırlar”.

***10:20

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti kimi şərəfli vəzifəyə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) nümayəndə heyətinə rəhbərlik etmək şərəfinə nail olmuşam. Seçkilər zamanı nümayiş olunan mütəşəkkillik, ədalət və inklüzivlik bizim komandamızda dərin xoş təəssürat yaratmışdır.

Son iyirmi il ərzində Azərbaycanın bənzəri olmayan yüksəlişinin təmin edilməsində Sizin uzaqgörən rəhbərliyiniz mühüm rol oynamışdır. Sizin iqtisadi inkişaf, infrastruktur və sosial təminat sahələrində nailiyyətləriniz Azərbaycanı dünya arenasında yüksəltməklə yanaşı, digər ölkələr üçün ilhamverici nümunə olmuşdur. Əminəm ki, yeni prezidentliyiniz dövründə Sizin rəhbərliyinizlə Azərbaycan xalqı və dövləti daha çox uğur əldə edəcəkdir.

Azərbaycan Respublikası Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı və “ŞƏT ailəsi”nin vacib üzvüdür. Bu xüsusda, ŞƏT-in fəaliyyətində Azərbaycan Respublikasının fəal iştirakına, həmçinin Sizin təşkilatımızın fəaliyyətinə göstərdiyiniz şəxsi dəstəyə görə minnətdarlığımı ifadə edirəm.

Zati-aliləri, Sizinlə və Azərbaycan hökuməti ilə sıx əməkdaşlığa hazır olduğumuzu bəyan edirəm. Qoy, Şanxay Əməkdaşlıq Təşkilatı və Azərbaycan arasında möhkəm və sarsılmaz tərəfdaşlıq qarşılıqlı anlayışı, sülhü və rifahı təşviq edərək daha da möhkəmlənsin!

Bizim Azərbaycana səfərimiz zamanı ŞƏT nümayəndə heyətinə göstərilən diqqət və qonaqpərvərliyə görə təşəkkür edirik.

Yenidən Prezident seçilməyiniz münasibətilə Sizi bir daha təbrik edirəm. Əminəm ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə yeni zirvələrə çatacaq”.

X X X

“İsrailin Dostları” Xaricdə Yaşayan Həmvətənlər Federasiyasının rəhbəri Aleksandr Şapiro-Suliman Prezident İlham Əliyevi seçkilərdə qələbə münasibətilə təbrik edib.

Globalinfo.az bildirir ki, təbrikdə deyilir:

“Möhtərəm cənab Prezident.

Prezident seçkilərində möhtəşəm qələbəniz münasibətilə Sizi təbrik edirəm. Sizə artıq Türk dünyasının Milli Qəhrəmanı deyə müraciət edə bilərik. Bu qələbə xalqın Sizə olan böyük hörmətinin, ehtiramının və inamının göstəricisidir.

Siz son 20 illik fəaliyyətinizlə dövlətinizi dünyada böyük nüfuz və söz sahibinə çevirdiniz. Siz on milyonlarla azərbaycanlının 30 illik Qarabağ həsrətinə elə bir ustalıqla son qoydunuz ki, bütün dünya buna heyran oldu, dostlar sevindilər, düşmənlər isə hikkələrindən boğuldular. Siz Ali Baş Komandan kimi bu möhtəşəm hərbi Qələbənizlə dünyaya separatizmin kökünü kəsməyin ən bariz nümunəsini göstərdiniz. Bu qələbələrinizi həzm edə bilməyən bəzi mənfur qüvvələr anlamalıdırlar ki, Sizin arxanızda dünyada yaşayan 50 milyondan çox azərbaycanlı dayanır. Sizə yeni prezidentlik dönəmində Azərbaycan naminə görəcəyiniz işlərdə uğurlar arzulayıram.

Möhtərəm cənab Prezident, mən bir müddət Azərbaycanda yaşamışam və bu ölkə mənə ikinci vətəndir. Dayanıqlı inkişafa və suverenliyin möhkəmlənməsinə söykənən bu qələbəniz hər birimizin uğurudur. Sizi bir daha təbrik edirəm. Nailiyyətləriniz hər zaman bol olsun, cənab Prezident!”

X X X

BP şirkətinin baş icraçı direktoru Mürrey Aukinklos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə BP şirkəti adından Sizə səmimi təbriklərimi çatdırıram. Azərbaycan xalqının rifahının yaxşılaşması istiqamətində bütün səylərinizdə Sizə uğurlar arzulayıram.

Bu fürsətdən istifadə edərək bizim Azərbaycandakı enerji layihələrinə BP-nin davamlı sadiqliyini bir daha vurğulamaq istəyirəm.

BP şirkəti olaraq biz Azərbaycan hökuməti və SOCAR ilə uzunmüddətli tərəfdaşlığın daha da möhkəmlənəcəyinə ümidvarıq.

Zati-aliləri, Sizi bir daha səmimi-qəlbdən təbrik edirəm və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Tezliklə Sizinlə Bakıda görüşməyi səbirsizliklə gözləyirəm”.