İlham Əliyevə təbriklər davam edir…

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Dost Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Bu xəbəri böyük sevinclə qarşıladım.

İnamlı qələbəniz Azərbaycan xalqının Sizin müdrik rəhbərliyinizə göstərdiyi etimadın və dəstəyin sübutudur. Bu, həm də Azərbaycan xalqının Sizin ölkəni inkişaf və tərəqqi yoluna aparmaq bacarığınıza inamını bir daha təsdiq edir. Əminəm ki, yenidən prezident seçilməyiniz Azərbaycanın regional və beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək.

Cənab Prezident, mən Sizinlə əməkdaşlıq və koordinasiya sayəsində qarşıdakı dövrdə Misir-Azərbaycan münasibətlərinin yüksəlişinin şahidi olacağımı səbirsizliklə gözləyirəm”.

X X X

İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Cənab Prezident.

Yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, Sizə uğurlar arzulayıram.

Əminəm ki, ölkələrimiz arasında münasibətləri səciyyələndirən dostluq ruhu Sizin rəhbərliyinizlə müdafiə sahəsində, eləcə də ortaq strateji maraq kəsb edən digər sahələrdə əməkdaşlığın inkişafı naminə daha da yüksəlməkdə davam edəcək. Bunlar hazırkı beynəlxalq mənzərəni və xüsusilə də Avro-Asiya regionunu xarakterizə edən sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf kimi qlobal çağırışların öhdəsindən gəlmək məqsədilə ikitərəfli münasibətlərimizi gücləndirmək üçün zəruri əsaslardır.

Sizinlə tezliklə görüşmək ümidi ilə fürsətdən istifadə edərək, Sizə ən səmimi salamlarımı çatdırıram”.

X X X

Yaponiya parlamenti Nümayəndələr Palatasının üzvü, Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının sədri Akira Amari Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:

 

“Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqası adından səmimi təbriklərimi çatdırıram.

Diplomatik münasibətlərinin qurulmasının 32-ci ildönümünü qeyd edən ölkələrimizin dostluq və tərəfdaşlıq əlaqələrinin Zati-alinizin dəstəyi ilə daha da möhkəmlənəcəyinə əminəm.

Ölkələrimizin parlamentlərarası münasibətləri davamlı şəkildə inkişaf edir. 1998-ci ildə əsası qoyulmuş Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının keçən il 25-ci ildönümü qeyd edilmişdir. Dostluq Liqasının əsası qoyulduğu gündən sədr olaraq ölkələrimizin əlaqələrinin inkişafı üçün səylərimi əsirgəməmişəm. Keçən il ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında xüsusi xidmətlərimə görə Zati-alinizin məni “Dostluq” ordeni ilə təltif etməsi şəxsim üçün çox böyük şərəfdir. Azərbaycan-Yaponiya dostluq münasibətlərinin inkişafı üçün bundan sonra da var gücümlə çalışacağam.

Zati-alinizə cansağlığı, fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edir, Sizinlə görüşə biləcəyimiz günü səbirsizliklə gözləyirəm”.

X X X

Belçikalıların Kralı Filip Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, təbrikdə qeyd olunur:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırır, uğurlar və xoşbəxtlik arzulayıram.

Ölkələrimiz arasında dostluq münasibətləri mövcuddur və əminəm ki, Sizin yenidən Prezident seçilməyiniz əməkdaşlığımızın daha da inkişaf etməsinə töhfə verəcəkdir”.

X X X

Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Globalinfo.az xəbər verir ki, məktubda qeyd olunur:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Mən çox məmnunam ki, birgə səylərimiz sayəsində qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığımız bir çox sahələrdə inkişaf edir.

Yüksək səviyyəli qarşılıqlı səfərlərimiz ikitərəfli münasibətlərimizin və əməkdaşlığımızın dərinləşməsində mühüm rol oynayır. Buna görə də inanıram ki, Zati-alinizə ünvanladığım dəvətimi qəbul edəcək və Sizə uyğun zamanda Monqolustana səfər edəcəksiniz.

Zati-aliləri cənab Prezident, Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə rifah arzu edirəm”.

X X X

Monteneqro Prezidenti Yakov Milatoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi Monteneqro vətəndaşları adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ölkənizə davamlı inkişaf, xalqınıza firavanlıq arzulayıram.

Əminəm ki, biz etibarlı dostluq münasibətlərimizi həm ikitərəfli, həm regional, həm də beynəlxalq səviyyələrdə qarşılıqlı maraqlarımız naminə inkişaf etdirəcəyik. Mən ilk növbədə iqtisadiyyat, turizm və enerji sahələrində kommunikasiyanı intensivləşdirməyə, əməkdaşlığı gücləndirilməyə töhfələr verməyə hazıram.

Ölkənizin uğurlarının davamlı olmasını arzulayır, əlaqələrimizin daha da genişlənəcəyinə əminliyimi bildirirəm.

Ən yüksək ehtiramımı və səmimi salamlarımı qəbul etməyinizi xahiş edirəm”.

X X X

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Njupuo Yap Mariatu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Sizin bu qələbəniz Azərbaycan xalqı tərəfindən siyasi rəhbərliyinizin, eləcə də Azərbaycan Respublikasının təhlükəsizliyini və suverenliyini möhkəmləndirmək, həmvətənlərinizin firavanlığını daha da yaxşılaşdırmaq istiqamətində səylərinizin dəstəklənməsinin bariz sübutudur.

Sizin liderliyiniz və səyləriniz Azərbaycan Respublikasının hüdudlarından kənarda da yüksək qiymətləndirilir. Təşkilatımız Sizin təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılması sahəsində bizimlə münasibətlərin möhkəmlənməsinə şəxsi töhfələrinizi yüksək qiymətləndirir.

İnanıram ki, dəstəyiniz və əməkdaşlığınız davamlı olacaqdır.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

X X X

Amerika Birləşmiş Ştatlarının “Exxon Mobil” Korporasiyasının sədri və baş icraçı direktoru Darren Vudsdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə “Exxon Mobil” Korporasiyası adından Sizi səmimi-qəlbdən təbrik edir, davamlı uğurlar diləyir, eləcə də Azərbaycan xalqının firavanlığı və rifahı ilə bağlı ən xoş arzularımı çatdırıram.

Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan bundan sonra da neft və qaz sektorunda öz aparıcı rolunu davam etdirəcək. “Exxon Mobil” Azərbaycanla enerji sahəsində uzunmüddətli əməkdaşlığını yüksək qiymətləndirir. Biz birlikdə dünyanın etibarlı və sərfəli enerjiyə olan tələbatını qarşılamağa kömək edə və eyni zamanda, istixana qazı emissiyalarının azaldılması istiqamətində işləyə bilərik.

Bu iki çağırış COP29 müzakirələri zamanı diqqət mərkəzində olacaq və mən Azərbaycan Respublikasına bu mühüm qlobal dialoqa ev sahibliyi etməklə bağlı ən xoş arzularımı bildirirəm.

Sizi bir daha təbrik edir, Zati-alinizə və Azərbaycan xalqına daha parlaq gələcək arzulayıram”.

X X X

Surinam Respublikasının Prezidenti Çandrikapersad Santoki Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Tarixi hadisə – yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimiyyətlə təbrik edirəm. Bu qələbə Prezident vəzifəsində fəaliyyət göstərdiyiniz müddətdə möhtəşəm liderliyinizin təkcə Azərbaycanda deyil, həm də dünyada qəbul olunmasının bariz təzahürüdür.

Surinam Respublikası ikitərəfli və çoxtərəfli əlaqələri yüksək qiymətləndirir, ölkələrimizin və xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran sahələrdə tərəfdaşlığımızı inkişaf etdirmək üçün səylərimizi artırmağı səbirsizliklə gözləyir.

Bu baxımdan mən əminəm ki, qarşıdan gələn COP29-a ev sahibliyi edən Azərbaycan konfransın uğurla keçirilməsi üçün bütün lazımi tədbirləri görür.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsində Sizə Surinam Respublikasının Hökuməti və xalqı adından möhkəm cansağlığı arzulayır, yeni-yeni uğurlar diləyirəm.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

X X X

Estoniya Respublikasının Prezidenti Alar Karis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Tarixin bu çətin dövründə sabitlik və yaxşı münasibətlər böyük əhəmiyyət kəsb edir. Məmnuniyyət hissi ilə bildirirəm ki, Estoniya ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı anlaşma və ölkələrimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət kimi möhkəm təməl üzərində qurulub.

Qarşıdakı illərdə Estoniya ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.