İlham Əliyevə təbriklər davam edir…

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Sizə uğurlar, qardaş xalqınıza isə daha artıq inkişaf və çiçəklənmə arzulayıram.

Zati-alinizə xoş arzu və ehtiramımızı bildiririk”.

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud də Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:

“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Sizə müvəffəqiyyətlər, qardaş Azərbaycan xalqına isə daha çox tərəqqi və inkişaf diləyirəm”.

X X X

BMT-nin Baş katibinin müavini və Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi Armida Salsiya Alişahbana Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) katibliyi adından Zati-alinizə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

UNESCAP-ın Azərbaycan hökuməti ilə davamlı inkişaf və regional əməkdaşlıq sahələrində uzunmüddətli iş birliyi mövcuddur. Bu fürsətdən istifadə edərək BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın 2023-cü ilin noyabrında Bakıda Sammitinin çox yüksək səviyyədə təşkilinə və bizə göstərilən səmimi qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm.

Mən tam əminəm ki, Sizin müdrik liderliyinizlə səmimi münasibətlərimiz daha da inkişaf edəcək və güclənəcəkdir.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

X X X

Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az bildirir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

İcazə verin, Avrasiya Yəhudi Konqresi adından və şəxsən öz adımdan Sizi prezident seçkilərində inamlı qələbəniz münasibətilə təbrik edim. Azərbaycan vətəndaşlarının geniş dəstəyi Sizin dövlət başçısı vəzifəsində əvvəlcədən seçdiyiniz yolun – respublikanın və onun vətəndaşlarının inkişafı, rifahı naminə kursun uğurlu olmasını təsdiq edir. Sizə Azərbaycan xalqının rifahı naminə məhsuldar fəaliyyət, respublikanın beynəlxalq və regional statusunun gələcəkdə də möhkəmləndirilməsini arzulayıram.

Azərbaycan nüfuzlu, tolerant, multikultural və çoxkonfessiyalı dövlət statusunu ardıcıl olaraq sübut edir. Bir tərəfdən ənənələrin və tarixi irsin vəhdəti, digər tərəfdən müasir dünya dəyərlərinə açıq münasibət təkcə düşünülmüş daxili siyasət yürütməyə deyil, həm də xarici əlaqələri möhkəmləndirməyə imkan verir. Bu gün Azərbaycan öz beynəlxalq mövqelərini sürətlə gücləndirir və dünya miqyasında əməkdaşlıq üçün ən yüksək səviyyədə platformaya çevrilir.

Cənab Prezident, İsrail Dövləti ilə ikitərəfli münasibətlərin inkişafı üzrə fəal mövqeyinizə görə Sizə minnətdarıq. Avrasiya Yəhudi Konqresi onilliklər ərzində ardıcıl olaraq İsrail-Azərbaycan əməkdaşlığının müxtəlif sahələrdə inkişafına töhfə verir, respublikanın ərazisində yəhudilərin həyat tərzini dəstəkləyir və yəhudi mədəni irsini qoruyur. Ötən il Konqresin himayəsi ilə Avrasiya Yəhudi Tədqiqatları İnstitutu “Azərbaycan yəhudiləri və dağ yəhudiləri diasporu XXI əsrin ikinci və üçüncü onillikləri astanasında” monoqrafik hesabatını dərc edib.

Sizi Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə bir daha təbrik edir, Sizə və bütün Azərbaycan xalqına xoşbəxtlik, tərəqqi, sülh və əmin-amanlıq arzulayıram”.

X X X

UEFA-nın prezidenti Aleksander Çeferin İlham Əliyevi Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Globalinfo.az təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Avropa futbol ictimaiyyəti adından ürəkdən təbrik edirəm.

Seçkilərdə yenidən qazandığınız inamlı qələbə Azərbaycan xalqının Sizə göstərdiyi etimad və inamın bariz sübutudur. Sizin rəhbərliyinizlə Azərbaycan xalqı müxtəlif sahələrdə, o cümlədən idman və futbolda böyük nailiyyətlər əldə edib. Futbola göstərdiyiniz yüksək qayğıya görə Sizə təşəkkürümü bildirirəm. Bundan əlavə, Bakı UEFA-nın “Avro-2020″nin həlledici oyunlarına ev sahibliyi edərkən hər kəsin əsl həyəcan hissləri keçirdiyini xatırlatmaq istəyirəm.

Bildiyiniz kimi, 30 il əvvəl – 1994-cü ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası UEFA-nın üzvü seçilib. Hökumətin dəstəyi və milli assosiasiyanın fəaliyyəti sayəsində Azərbaycanda futbol bütün səviyyələrdə davamlı olaraq inkişaf edir. Futbol infrastrukturu inkişaf edir və bu, oyunlara yeni yanaşmaları təmin edir. Klubların mütəmadi olaraq Avropa səviyyəsində çıxışları fəxr etməyə və gələcəyə böyük ümidlə baxmağa imkan yaradır.

Cənab Prezident, bu çox gözəl ölkəyə və xalqa liderliyinizi davam etdirməyiniz münasibətilə ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm”.

X X X

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Globalinfo.az bildirir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Zati-alinizi yenidən Prezident seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Sizin liderliyinizlə Can Azərbaycanda rifahın yüksəlməsinə, bölgəmizdə sülhün və sabitliyin möhkəmlənməsinə nüfuzlu təsirinizin davam edəcəyinə əminik.

Cümhuriyyət Xalq Partiyası olaraq Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin daha da gücləndirilməsi və inkişaf etdirilməsi üçün “Bir millət, iki dövlət” prinsipi çərçivəsində dəstəyimizin və səylərimizin davam etdirilməsi istiqamətində qətiyyətimizi xüsusilə vurğulamaq istəyirəm.

Fürsətdən istifadə edərək Sizə ən xoş arzularımızı çatdırıram. Xalqlarımız arasındakı qardaşlıq və dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə əminəm”.

X X X

Sudan Respublikasının Suveren Keçid Şurasının sədri, general-leytenant Abdel Fattah Al-Burhan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az bildirir ki, mətndə deyilir:

“Zati Aliləri.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibəti ilə Sizi Sudan höküməti, sudan xalqı və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Sudan münasibətlərində, dövlətlərimizin və xalqlarımızın mənafeyi naminə ölkələrimiz arasında müxtəlif sahələrdə iki tərəfli əlaqələrin möhkəmləndirilməsi məqsədilə birgə işləməyi arzulayıram.

Zati Alilərinə yenidən prezidentlik dövründə uğurlar və nailiyyətlər, xalqınız üçün firəvanlıq və tərəqqi arzulayıram”.