İlham Əliyevə təbriklər davam edir…

Vyetnam Sosialist Respublikasının Prezidenti Vo Van Txıonq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Cənab Prezident.

İcazə verin, Sizi Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Vyetnam Sosialist Respublikasının dövləti və xalqı adından, şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edim.

Vyetnam Sizin rəhbərliyinizlə ölkənin quruculuq və inkişafı işində Azərbaycan xalqının əldə etdiyi nailiyyətləri maraqla izləyir və buna görə sevinir.

Tam əminəm ki, Vyetnam və Azərbaycan arasında ənənəvi dostluq, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq getdikcə daha da möhkəmlənəcək, inkişaf edəcək və bu, iki xalqın istəklərinə və maraqlarına cavab verəcək.

Cənab Prezident, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və şərəfli vəzifənizdə çoxlu qələbələr arzulayıram”.

X X X

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və xalqınızın Sizə etimadının bir daha təsdiqi münasibətilə Zati-alinizə səmimi təbriklərimizi və xeyir-duamızı çatdırmaqdan məmnunuq.

Bəhreyn Krallığı ilə Azərbaycan Respublikası arasında bizim də diqqət verdiyimiz və yüksək qiymətləndirdiyimiz ikitərəfli münasibətlərə görə Sizə dərin təşəkkürümüzü ifadə edirik. Ölkələrimizin və xalqlarımızın maraqları naminə bu münasibətləri bütün sahələrdə inkişaf etdirmək istiqamətində Zati-alinizlə işləməyə ümid edirik.

Sizə möhkəm cansağlığı, səadət, dost Azərbaycan xalqının firavanlığı naminə fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm”.

X X X

Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Globalinfo.az bildirir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır və bu şərəfli, həmçinin məsuliyyətli missiyanın yerinə yetirilməsində uğurlar arzulayıram.

Ümidvaram ki, Polşa ilə Azərbaycan arasında uzunmüddətli dostluq və məhsuldar əməkdaşlıq bundan sonra da dinamik inkişaf edərək həm dövlətlərimizə, həm də xalqlarımıza nəzərəçarpacaq faydalar gətirəcəkdir. Həmçinin ümid edirəm ki, ölkələrimiz arasında intensiv siyasi dialoqun davam etdirilməsi və ikitərəfli münasibətlər xüsusən də iqtisadi sahədə birgə layihələrin və öhdəliklərin həyata keçirilməsi yolu ilə davamlı şəkildə inkişaf etdiriləcəkdir. Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin yeni əməkdaşlıq Sazişi çərçivəsində daha da dərinləşəcəyinə və bunun ikitərəfli sahədə də nəzərəçarpacaq faydalar gətirəcəyinə ümidvaram.

Cənab Prezident, arzu edirəm ki, növbəti səlahiyyət müddətinizdə Azərbaycanın hərtərəfli inkişafı, ölkənin beynəlxalq aləmdə imicinin möhkəmləndirilməsi üçün nəzərdə tutduğunuz bütün proqramları həyata keçirəsiniz.

Bundan əlavə, mən Sizin üçün əlverişli vaxtda Polşaya rəsmi səfər dəvətimi bir daha təsdiq edirəm.

Cənab Prezident, Sizə cansağlığı, Azərbaycan Respublikasının möhkəmlənməsi və onun bütün vətəndaşlarının firavanlığı naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram”.

X X X

Küveytin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Yenidən dost Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Fürsətdən istifadə edərək dost ölkələrimizi birləşdirən sıx əlaqələrdən məmnunluğumuzu ifadə edirəm. Bu əlaqələrin ölkələrimizin ortaq mənafeyi naminə daha da inkişaf etdirilməsi və gücləndirilməsinə olan əzmimizi bir daha vurğulayıram.

Zati-aliləri, Sizə cansağlığı və uğurlar, Azərbaycan Respublikasına və xalqına davamlı inkişaf və tərəqqi arzulayıram”.

X X X

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Globalinfo.az bildirir ki, məktubda deyilir:

“Zati-aliləri cənab Prezident.

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyi adından və şəxsən öz adımdan Sizi 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

İlk dəfə olaraq seçkilərin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qardaş Azərbaycanın bütün ərazisində keçirilməsi mühüm tarixi hadisə kimi qiymətləndirilir.

Xalqın rifahına və ölkənin hərtərəfli inkişafına yönəlmiş məqsədyönlü və uğurlu siyasəti təmin etməyə, respublikanın beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməyə qadir lider kimi növbəti dəfə bu şərəfli vəzifəyə seçilməyiniz Azərbaycan xalqının Sizə və siyasi kursunuza olan etimadının bariz nümunəsidir.

Bu xoş fürsətdən istifadə edərək, Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə və bütün təşəbbüslərinizdə uğurlar diləyirəm”.

X X X

AZİZ – Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının prezidenti Adam Amilov İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik edib.

Globalinfo.az bildirir ki, təbrikdə deyilir:

“Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Bu il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Şübhəsiz ki, bu qələbə xalqın Sizə olan etimadının bariz nümunəsidir. Azərbaycanın inkişafı istiqamətində atdığınız addımlarda Siz hər zaman qətiyyət nümayiş etdirmiş, xalqın rifahı üçün əlinizdən gələni etmisiniz.

Sizin müdrik rəhbərliyiniz sayəsində Azərbaycan xalqı öz tarixi torpaqlarına qovuşdu. Bu Zəfər bütün azərbaycanlıların qəlbində sevinc və qürur hissi yaratdı. Bunun nəticəsidir ki, Azərbaycan xalqı növbədənkənar prezident seçkilərində öz layiqli liderinin – Sizin namizədliyinizi mütləq səs çoxluğu ilə dəstəklədi.

Prezidentlik fəaliyyətinizin yeni dövründə Sizə uğurlar arzulayıram. Əminəm ki, bu uğurlar ölkənin davamlı inkişafında müstəsna rol oynayacaqdır”.

X X X

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri Prezident İlham Əliyev.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və xalqınızın Zati-alinizə inamının bir daha təsdiqi münasibətilə Sizə səmimi təbriklərimizi və xeyir-duamızı çatdırmaqdan məmnunluq hissi duyuruq.

Bəhreyn Krallığı və Azərbaycan Respublikası arasında bizim də diqqət yetirdiyimiz və yüksək dəyərləndirdiyimiz ikitərəfli münasibətlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Ölkələrimiz və xalqlarımızın maraqları naminə bu əlaqələri bütün sahələrdə möhkəmləndirmək istiqamətində Zati-alinizlə işləməyə ümidvarıq.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm”.

X X X

Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Əminəm ki, Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin xalqlarının maraqları naminə bundan sonra da uğurla inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq, Azərbaycan Respublikasının rifahı naminə yeni-yeni uğurlar və nailiyyətlər arzulayıram”.

X X X

Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının rəhbəri Gennadi Züqanov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin yenidən Prezident seçilməyiniz ölkə vətəndaşları arasında şəksiz nüfuzunuzu və Azərbaycanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində fəaliyyətinizə verilən yüksək qiyməti təsdiq etdi.

Əminəm ki, Sizin köməyinizlə ölkələrimiz arasında çoxplanlı əməkdaşlığın mühüm tərkib hissəsi olan Rusiya-Azərbaycan dialoqu gələcəkdə də inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, cansağlığı və əmin-amanlıq arzulayıram”.