Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Globalinfo.az xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
“Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin Bakıdan Qroznıya uçarkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi şəkildə qəzaya uğraması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Dünya Turizm Təşkilatı adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığımızı bildirirəm.
Düşüncələrimiz bu faciəvi hadisə nəticəsində yaxınlarını itirən ailələrin, yaralananların yanındadır. Bu çətin anda biz Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bildiririk.
Qəzada xəsarət alanların tezliklə və tam şəfa tapmalarını arzulayır, bu kədərli anları yaşayan hər kəsə bir daha başsağlığı veririk.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
X X X
Finlandiya Prezidenti Aleksandr Stubb Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyevə başsağlığı verib.
Globalinfo.az Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, məktubda deyilir:
“Dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması barədə dəhşətli xəbərdən dərindən kədərləndim. Finlandiya xalqı adından və şəxsən öz adımdan sizə, həlak olanların ailələrinə və yaxınlarına, eləcə də Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm”.