9

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qiorqi Zakaraşvilini qəbul edib.

Globalinfo.az bildirir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Dövlət başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev bu ilin aprelində Gürcüstana dövlət səfərini və səfər çərçivəsində göstərilən qonaqpərvərliyi məmnunluqla xatırlayıb.

Azərbaycan-Gürcüstan münasibətlərinin zəngin tarixinin və böyük gələcəyinin olduğunu deyən dövlət başçısı iki müstəqil dövlət kimi ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb, xalqlarımızın qardaşlıq əlaqələrinin olduğunu bildirib.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Qəbula görə minnətdarlığını bildirən Qiorqi Zakaraşvili qardaş Azərbaycana səfir təyin olunmasından və dövlət başçısı ilə görüşdən böyük şərəf hissi duyduğunu deyib. Səfir ölkələrimizin strateji tərəfdaş, xalqlarımızın isə bir-birinə yaxın olduqlarını vurğulayıb.

O, fəaliyyəti dövründə Azərbaycanla Gürcüstan arasında tarixən mövcud əməkdaşlığı daha da genişləndirilmək üçün səylərini əsirgəməyəcəyini bildirib.

Söhbət zamanı siyasi əlaqələrimizin inkişafından məmnunluq ifadə olunub, iqtisadi-ticari, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Ölkələrimizin enerji və nəqliyyat sahələrində həyata keçirdikləri birgə layihələrə toxunulub, onların yalnız regional deyil, eyni zamanda, qlobal səviyyədə mühüm əhəmiyyət daşıdıqları vurğulanıb.

Qeyd edək ki, səfirin Prezidentin qəbuluna ailəsi ilə gəlməsi maraq doğurub.

6
7
8
10
11
12
13

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abhay Kumarı qəbul edib.

Globalinfo.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Abhay Kumar ikitərəfli münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi.

Söhbət zamanı bu ilin sentyabrında Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Görüşü çərçivəsində dövlətimizin başçısı ilə Hindistanın Baş naziri Narendra Modinin təmasları xatırlandı.

Görüşdə Azərbaycan və hind xalqları arasında minilliklər boyu tarixi-mədəni əlaqələrin olduğu qeyd edildi, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

1
3
4
5

Paylaş: