İlham Əliyev Ərdoğana təşəkkür etdi, “Togg” elektromobilini sürdü – FOTO

“Çox sağ olun, təşəkkür edirəm. İlk növbədə, Əziz Qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürümü bildirirəm ki, ikinci avtomobilin mənə verilməsini tövsiyə edib”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg”un ona təqdim olunması zamanı bildirib.

“Sizə də təşəkkür edirəm, ilk növbədə, bu gözəl avtomobili istehsal etdiyiniz üçün. Bu, Türkiyənin, Türkiyə sənayesinin növbəti böyük bir uğurudur. Bu hədiyyəni mənə təqdim etdiyiniz üçün xüsusi təşəkkürümü bildirmək istəyirəm” – dövlət başçısı qeyd edib.

Dövlət başçısı “Togg” elektromobilini idarə edib.

***

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Globalinfo.az xəbər verir ki, dövlət başçısı bununla bağlı sosial media hesabında paylaşım edib.

“Təşəkkür edirəm, Əziz Qardaşım. Amin! TOGG Sizin liderliyiniz altında qardaş Türkiyənin elmi-sənaye potensialının inkişafının daha bir bariz nümunəsidir”, – deyə paylaşımda deyilir.

Qeyd edək ki, aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub.