ilham eliyev

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “TASS”a müsahibəsində Moskva ilə Berlin arasında Ukrayna məsələsinin nizamlanması ilə bağlı heç bir rəsmi danışıqların aparılmadığını bildirib. Bununla belə, diplomat Rusiya və Almaniyanın müxtəlif ictimai strukturlarının nümayəndələri arasında qeyri-rəsmi təmasların olduğunu qeyd edib.

Qaluzinin açıqlaması “The Times” nəşrinin iyul ayında Bakıda Rusiya və Almaniya nümayəndələri arasında görüş keçirildiyi barədə yaydığı məlumatın yenidən gündəmə gəlməsinə səbəb olub. Qəzetin məlumatına görə, həmin görüşdə Rusiya-Ukrayna müharibəsi və mümkün nizamlanma məsələləri müzakirə olunub.

Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov deyib ki, şübhəsiz, Bakıda Rusiya və Almaniya təmsilçilərinin diplomatik görüşü olub:

“Bu barədə Prezident İlham Əliyevin Almaniyada məlumat verməsi təsadüfi deyil. Burada bir sıra məqamlar diqqət çəkir:

Birincisi, iki ölkə, məxfi də olsa, diplomatik görüşləri zamanı etibarlı və güvənilən məkan kimi Azərbaycanı görür.

İkincisi, orada hansı danışıqların aparıldığı və hansı məsələlərə aydınlıq gətirildiyi Azərbaycan üçün elə də əhəmiyyətli deyil. Bu ölkələr müstəqil dövlət kimi öz məsələlərini həll etməlidirlər.

Fuzuli Qurbanov

Füzuli Qurbanov

Ümüncüsü, Azərbaycan Rusiya və Avropa arasında münasibətlərin formalaşmasında, konstruktiv formaya keçməsində rol oynaya bilər.

Bu üç xüsusiyyəti vurğulamaqla ölkəmizin sülhsevərliyini və müxtəlif ölkələr tərəfindən etibarlı məkan kimi seçilməsini izah etmək olar”.

Politoloq deyib ki, Prezident İlham Əliyev dünyanın gözü önündə rus və alman rəsmilərinin Bakıda görüş keçirdiyini deyəndə proseslə bağlı təkcə Rusiya deyil, Almaniya da susdu:

“İndi isə Rusiya təkzib edir ki, belə görüş olmayıb. Cənubi Qafqazda geosiyasi vəziyyət yeni mərhələyə keçir. Təəssüf ki, bunların heç də hamısı pozitiv xarakterli deyil. Bu vəziyyət həm də onu göstərir ki, Rusiya ABŞ-la da əvvəlki dərəcədə qarşılıqlı münasibətlərdə deyil. Rusiya müstəqil qlobal güc olmaq istiqamətini seçib”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: