Rəsmi Bakı uzun müddət Levon Ter-Petrosyanı müsbət dövlət xadimi kimi qəbul etdi.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Həsən Həsənov İctimai TV-də yayımlanan “Təmas Xətti”ndə deyib.
“Bilirdik ki, o, erməni xalqına xidmət edir, amma bunu qəbul edə bilirdik. Əslində o, sülh tərəfdarı deyildi. Sülh prosesinin uzanması isə bizim üçün faydalı idi – biz ordunu sistemləşdirə, iqtisadiyyatı inkişaf etdirə bilirdik. Onlar isə hesab edirdilər ki, məsələ uzandıqca dünya onların tərəfinə keçəcək, qətnamələrin qüvvəsi zəifləyəcək və Azərbaycan heç vaxt ordu qura bilməyəcək.
2003-cü ildə İlham Əliyev hakimiyyətə gələndə söz verdi ki, torpaqları azad edəcək. Həmin vaxt ona çox az adam inanırdı, amma o, buna baxmayaraq öz işini davam etdirirdi”.
Safura Bənnayeva
Globalinfo.az