b5945eb5 4bd3 3daa 998b 902ff4c3a6cf 850

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da BP şirkətinin baş icraçı direktoru Mürrey Aukinklossu qəbul edib.

Globalinfo.az xəbər verir ki, söhbət zamanı uzun illərdir Azərbaycanla BP arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulanıb.

Ölkədə enerji resurslarından əldə olunan gəlirlərin səmərəli şəkildə Azərbaycanın sosial-iqtisadi inkişafına yönləndirildiyi qeyd edilib.

Bir sıra Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın roluna toxunulub, ölkədə karbohidrogen enerji resursları ilə bərabər bərpaolunan enerji mənbələrinin də böyük potensialının olduğu vurğulanıb. Bu xüsusda BP şirkətinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihənin əhəmiyyəti qeyd olunub.

Görüşdə SOCAR ilə BP arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

2ede6e7f fd18 32fc a80b 663e05655e6b c9f28015 3d1c 3207 8609 3a87a87e3084

Paylaş: