İlham Əliyev bir sıra sənədləri təsdiq etdi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə Qanunu təsdiq edib.

Globalinfo.az xəbər verir ki, bununla da, 2023-cü il iyunun 7-də Bratislava şəhərində imzalanmış Sazişə uyğun olaraq Azərbaycan və Slovakiya gəlirlərə görə ikiqat vergitutmanı ləğv edib.

X X X

Prezident İlham Əliyev “Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə On Birinci Əlavə Protokol”a qoşulmaq haqqında” və “Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə Üçüncü Əlavə Protokol”a qoşulmaq haqqında qanunları təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bununla da, ölkəmiz 2021-ci il avqustun 26-da Abican şəhərində imzalanmış iki protokola qoşulub.

X X X

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA Katibliyi) arasında yerləşmə haqqında Saziş”ə dəyişikliklər edilməsinə dair Protokol”u təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, sənədə əsasən qurum Türk Dövlətləri Parlament Assambleyası adlanacaq.

Sənəd 2023-cü il iyunun 8-də Bakı şəhərində imzalanıb.