İlham Əliyev və oğlu BƏƏ prezidentini belə yola saldı – FOTOLAR

Bu gün Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanla geniş tərkibdə görüşü olub.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, sözügedən görüşdə İlham Əliyevin oğlu Heydər Əliyev də iştirak edib.

Görüşdən sonra lentə alınan fotolarda BƏƏ Prezidentinin İlham Əliyev və oğlu tərəfindən birgə yola salındığı əks olunub.

Qeyd edək ki, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanın Azərbaycana rəsmi səfəri başa çatıb.