Tanınmış türkiyəli tarixçi və yazıçı İlber Ortaylı 78 yaşında vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu sosial media hesabında yazıb.
“Türkiyə tarixin dahi şəxsiyyətini itirdi. Hörmətli professorumuz İlber Ortaylının vəfatını böyük kədərlə öyrəndim. Allah ona rəhmət eləsin, ailəsinə, tələbələrinə və millətimizə başsağlığı verirəm”, – deyə o qeyd edib.
Qeyd edək ki, İ.Ortaylı reanimasiyada süni tənəffüs aparatına qoşulmuşdu.
Əliyar Xəlil
Globalinfo.az