İkimərtəbəli evdə güclü yağın

Masazırda evdə yanğın olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Abşeron rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 130 kvadratmetr olan ikimərtəbəli dörd otaq və qarajdan ibarət evin birinci mərtəbəsinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Yüksək temperaturdan ikinci mərtəbənin bir otağında bir ədəd televizor və bir ədəd kondisioner qismən əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.