İki prezident Texnofest meydanına belə daxil oldu – VİDEO

Aprelin 29-da Türkiyənin İstanbul şəhərinin Atatürk Hava Limanında keçirilən “Texnofest-2023” tədbirinin açılışı dünya mediasının diqqətindədir. Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev “Texnofest-2023” keçirildiyi meydana Türkiyə istehsalı olan “TOGG” avtomobili ilə daxil oldular.

Globalinfo.az bildirir ki, avtomobilin sükanı arxasında Prezident İlham Əliyev əyləşmişdi.

Eyni zamanda avtomobildə Türkiyənin və Azərbaycanın birinci xanımları Əminə Ərdoğan və Mehriban Əliyeva da olub.