İki ölkəni dünya xəritəsindən silmək istəyirlər…

Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden hesab edir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə HƏMAS-ın məqsədləri eynidir.

Globalinfo.az xəbər verir ki, Bayden bu barədə “Vaşinqton Post”dakı məqaləsində yazıb.

“Onlardan biri Ukraynanı, digəri İsraili dünya xəritəsindən silmək istəyir. ABŞ buna imkan verə bilməz və verməyəcək. Bu, milli təhlükəsizliyimiz və dünyanın rifahı naminədir”, – Bayden vurğulayıb.

Safura Bənnayeva
Globalinfo.az