WhatsApp Image 2025 05 30 at 11.53.59 2 scaled

“Məlum olduğu kimi, qədim Naxçıvan şəhərində Azərbaycan mətbuatının 150 illiyi qeyd olunur. Hörmətli həmkarlarımı ürəkdən təbrik edir və bu əlamətdar “MEDİAFEST” tədbirinin keçirilməsində onlara uğurlar diləyirəm”.

Globalinfo.az bildirir ki, bunu Qazaxıstan televiziyasının Xəbərlər Departamentinin direktoru Beynequl Abauova “MEDİAFEST-2025”ə ünvanladığı videotəbrikdə bildirib.

O, təbrikində qeyd edib:

“İki ölkə arasındakı ümumi mədəniyyətə, mənəvi dəyərlərə və dərin tarixi köklərə əsaslanan dostluq əlaqələri böyük əhəmiyyət kəsb edir. Azərbaycan mediası ilə mütəmadi olaraq məlumat mübadiləsi həyata keçiririk. İnanıram ki, Azərbaycan mediası gələcəkdə də bütün dünyaya öz gücünü nümayiş etdirməyə davam edəcək. Sizə yaradıcılıq yüksəlişi və uğurlar arzu edirəm”.

Paylaş: