Böyük Britaniya və Polşa Rusiyadan qorunmaq üçün müqavilə imzalayacaqlar.
Globalinfo.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk məlumat verib.
“Polşa Böyük Britaniya ilə münasibətləri mümkün olan ən yüksək səviyyəyə qaldırmağa çalışır və Rusiyaya qarşı müdafiə məsələlərinə xüsusi diqqət yetirir”, – deyə o bildirib.
Məlumata görə, yeni müqavilə 27 mayda imzalanacaq.
“Bu, Avropada artan düşmən təhdidləri qarşısında müdafiə əməkdaşlığını gücləndirməyi hədəfləyir”, – deyə Britaniya hökuməti qeyd edib.
Polşa artıq Fransa və Almaniya ilə oxşar müqavilələr bağlayıb.
Əliyar Xəlil
Globalinfo.az