İki lider Putinlə görüşdən imtina etdi – Fesenkonun versiyası

“Bayden Putinlə eyni platformada olmaq istəmədiyini nümayiş etdirir. Si Szinpinin bir az fərqli motivləri var, lakin onların bu sammitdən yayınması bizim üçün yaxşı xəbərdir”.

Globalinfo.az xəbər verir ki, bunu ukraynalı politoloq Vladimir Fesenkon ABŞ Prezidenti Co Bayden və Çin lideri Si Szinpinin noyabrın 22-də onlayn formatda keçiriləcək G20 sammitində iştirakdan imtina etməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Pekin aparıcı rola iddialı olduğu BRİKS-ə arxalandığı üçün G20-dən uzaqlaşır:

“Eyni zamanda, Çin və Hindistan arasında müəyyən ziddiyyətlər var, çünki onlar regionda liderlik uğrunda bir-biri ilə rəqabət aparırlar”.

Safura Bənnayeva
Globalinfo.az