İki avtomobil toqquşdu – Ölən və yaralananlar var

Mingəçevir şəhəri, Samux küçəsində Ülvi Hətəmovun idarə etdiyi “Mercedes” və Əhməd Əhmədovun idarə etdiyi “QAZ-3110” markalı avtomobil toqquşub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Globalinfo.az-a verilən xəbərə görə, qəza nəticəsində hər iki sürücü, eləcə də nəqliyyat vasitələrində olan iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. “QAZ-3110” markalı avtomobildəki sərnişinlərdən biri, 1983-cü il təvəllüdlü şəhər sakini Azər Manafov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Zaira Akifqızı
Globalinfo.az