İki Avropa ölkəsi gücünü birləşdirəcək – Hazırlıq gedir

ordu

Almaniya və Böyük Britaniya arasında mühüm razılaşma olacaq.  

Globalinfo.az xəbər verir ki, bu barədə “Politiko” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Britaniya və Almaniya təhdid zamanı qarşılıqlı yardım haqqında müddəanı özündə əks etdirən geniş miqyaslı müqavilə imzalamağa hazırlaşır”, – nəşr yazır.

Bildirilib ki, sazişin iyulun 17-dən əvvəl imzalanması gözlənilir.

“Sənədin Böyük Britaniya və Almaniyanın NATO-nun kollektiv müdafiə prinsipinə sadiqliyini təsdiq edəcəyi gözlənilir”.

Əliyar Xəlil
Globalinfo.az